Namibiyada 4 uşaq soyuducuda boğulub öldü

 Namibiyada 4 uşaq soyuducuda boğulub öldü

Namibiyada 4 uşaq boğularaq ölüb.

Asayis.Az lent.az-a istinadən bildirir ki, hadisə Zambezi bölgəsinin Katima Mulilo qəsəbəsində baş verib. 4 uşaq oyun oynayarkən istifadə olunmayan soyuducunun içinə düşüblər. Uşaqlar buradan özləri xilas ola bilməyiblər.

Təxminən 1 saat soyuducuda qalan uşaqlardan ikisinin meyiti tapılıb. İkisi isə xəstəxanada ölüb.

İlkin ehtimal uşaqların oyun zamanı ehtiyatsızlıqdan soyuducuya düşməsi və orada boğulmasıdır.

Ancaq onların ölüm şəraitinin dəqiqləşdirilməsi üçün araşdırma aparılır.

11:06 - 19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin