Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

 Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızı işdən çıxarılıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Zemfira Əsədova öz ərizəsi 175 nömrəli körpələr evi-uşaq bağçasının müdiri vəzifəsindən azad edilib. 

Bir müddət əvvəl Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən sözügedən bağçada yoxlamalar aparılıb və bəzi pozuntular aşkarlanıb. Zemfira Əsədova yoxlamalardan sonra öz ərizəsi ilə vəzifəsindən gedib. 

175 nömrəli körpələr evi-uşaq bağçasına hələlik müdir təyin edilməyib. 

Qeyd edək ki, Zemfira Əsədova sözügedən bağçada 20 ildən çox müdir olub. Hətta 2017-ci ildə 175 nömrəli körpələr evi-uşaq bağçasının ("Şənlik” uşaq bağçası) 30 illiyinə həsr edilmiş təmtaraqlı tədbir də keçirib.

15:37 - 17 Sentyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin