Elman Paşayev Moskvada saxlanılıb

 Elman Paşayev Moskvada saxlanılıb

Moskvada azərbayacanlı keçmiş vəkil Elman Paşayev saxlanılıb. Asayis.Az xəbər verir ki, bu barədə informasiyanı İstintaq Komitəsi yayıb.

Mənbə qeyd edir ki, o, Blinovski cütlüyünü (Aleksey və Yelena) mükafat qarşılığında vergidən yayındıqlarına görə cinayət məsuliyyətindən azad edəcəyinə söz verib.

İstintaq müəyyən edib ki, bu ilin fevralında Paşayev Aleksey Blinovski ilə görüşüb.

Razılığa gələn Paşayev Aleksey Blinovskidən külli miqdarda pul alıb.

Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.

Xatırladaq ki, Paşayev 2020-ci ildə ölümlə nəticələnən qəzanın günahkarına çevrilmiş aktyor Mixail Yefremovun məhkəməsi zamanı şöhrət qazanmışdı. 2020-ci ilin sentyabrında mediada Yefremovun işi ilə bağlı mübahisəli açıqlamalardan sonra o, vəkil statusundan məhrum edilib. 2022-ci ilin sentyabrında o, statusunu bərpa edib, lakin beş gün sonra lisenziyası yenidən ləğv edilib. 2023-cü ilin yazında Paşayevin Ukraynada müharibədə iştirak etdiyi məlum olub.
 

 

15:12 - 17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin