Biləsuvarda kişidən dəhşətli əməl - Arvadına xəsarət yetirdi, oğlanlarına isə...

 Biləsuvarda kişidən dəhşətli əməl - Arvadına xəsarət yetirdi, oğlanlarına isə...

Biləsuvar rayonunda 1981-ci il təvəllüdlü Qoşqar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nətavana (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, Qoşqar Biləsuvar rayonun kəndlərindən birində birgə yaşadıqları evdə arvadı Nətavan ilə ailə-məişət münasibətləri zəminində, yəni, övladı Pərvizin elektron siqaret çəkdiyinə görə tənbeh etmək istəməsinə onun mane olmaq səbəbindən əsəbləşib. 

Qoşqar 19 sentyabr 2023-cü ildə, saat 9 radələrində aralarında yaranmış mübahisə zamanı Nətavanın ağız nahiyəsindən bir neçə dəfə əli ilə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Qoşqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qoşqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Nətavan onun dayısı qızıdır, onlar 2005-ci ildə ailə həyatı qurublar: “Bizim birgə nikahımızdan üç övladımız var. Evli olduğumuz müddətdə arvadım ilə aramızda ara-sıra söz-söhbətlər olub”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 18 sentyabr 2023-cü ildə, saat 12 radələrində yaşadığı evdə sipirtli içki içib: “Mən sipirtli içdikdən sonra oğlum Pərvizin elektron siqaret çəkdiyini bilmişəm. Buna görə oğlum Pərvizi tənbeh etmək istədim. Oğlum evdə olmadığı üçün zəng edərək yaşadığımız evə gəlməsini dedim. Mən bir müddət sonra oğlum Fəridə zəng vuraraq mənə araq alması üçün yaşadığımız evə çağırdım. Saat 22 radələrində oğlanlarım Pərviz və Fərid birlikdə yaşadığımız evə gəldilər. Həmin vaxt yaşadığımız evin giriş hissəsində əyləşdim. Arvadım Nətavan isə həyətdə olub. Mən oğlum Fəridi yanıma çağıraraq 10 manat məbləğində pul verərək 0,5 litirlik araq almasını dedim. Bundan sonra Fərid özünə məxsus velosipedə minərək uzaqlaşdı. Mən Pərvizi yanıma çağıraraq niyə elektron siqaret çəkdiyini soruşdum. Bu zaman arvadım buna mane olaraq içkili olduğumu bildirdi”. 
 
Qoşqar qeyd edib ki, bundan sonra arvadı ilə onun arasında mübahisə başlayıb:

“Mübahisə zamanı arvadım ünvanıma nalayiq ifadə işlətdi. Bu mənə içkili olduğum üçün pis təsir etdi. Bundan sonra arvadımın üzərinə hücum elədim. Oğlumla arvadım yaşadığımız fərdi yaşayış evinin bağ hissəsinə qaçdılar. Mən də onların  arxasınca qaçdım. Həmin vaxt bağ palçıq olduğu üçün ayaqlarım batdı. Mən əl-ayağımı yuyaraq evin giriş hissəsində əyləşdim. Bu zaman oğlum Fərid əlində araq butulkası ilə həyətə daxil olaraq, həmin sipirtli içkini gətirərək mənə verdi. Bundan sonra yaşadığımız evə daxil olaraq həmin sipirtli içkini qəbul etməyə başladım. Bir müddət sonra sipirtli içkinin təsirindən yuxulayarq yatdım”. 

Qoşqar deyib ki, sentyabrın 19-da yuxudan ayıldıqda sonra oğlu Pərvizin yatmasını görüb: “Bu mənə pis təsir etdi. Qonaq otağında masa arxasında əyləşərək səhər yeməyi yeməyə başladım. Arvadım Nətavanın ünvanıma nalayiq ifadə işlətməsini xatırladım. Mən arvadımdan evdən çölə çıxmasını dedim. Arvadım isə çıxmayacağını bildirdi. Mən əyləşdiyim yerdən qalxaraq arvadımı həyətə çıxartmaq üçün itələməyə başladım. Bundan sonra bir-birimizin yaxasından tutaraq dartışdıq. Arvadımın saçlarından tutaraq çölə çıxartdım. Bu zaman yaranmış səs-küyə oğlanlarım – Fərid və Pərviz gəldilər. Bizi aralaşdırmaq istədilər. Mən arvadımı çölə çıxartdıqdan sonra oğlanlarım da analarının arxasınca həyətə qaçdılar”. 

Zərərçəkmiş qismində ifadə verən Natəvanın sözlərinə görə, sentyabrın 18-də, saat 12:00-dan yaşadıqları evdə əri Qoşqar sipirtli içki qəbul etməyə başlayıb: “Sipirtli içki içdikdən sonra yenisini almaq üçün oğlum Fəridə zəng etməyimi və sipirtli içki almağını deməyimi bildirdi. Mən oğlumun iş yerində olmasını, oradan çıxa bilmədiyini dedim. Ərim təkidlə oğlu Fəridə zəng etməyimi dedi. Buna etiraz etdikdə Qoşqar əlindəki telefonu alın nahiyəmə vuraraq ünvanıma nalayiq sözlər işlədərək üzərimə gəldi. Mən də qorxduğum üçün ərimdən qaçaraq evimizi həyətinə getdim. Ərim evin giriş qapısında dayanaraq evə qayıtmağımı dedi. Mən qorxduğum üçün evə qayıtmadım. Mən Fəridə özünün zəng etməsini dedim. Ərim məndən 10 manat pul istədi. Mən də evə girərək pulu ərimə vermək üçün uzatdım. Ərim mənim əlimdən tutmaq istədi. Mən pulu Qoşqarın üzərinə ataraq həyətə qaçdım”. 

Zərərçəkmiş qeyd edib ki, həmin gün saat 21 radələrində oğlanları Fərid və Pərviz yaşadıqları evə gəliblər: “Mən həmin vaxt həyətdə idim. Ərim evin giriş qapısına oturaraq ünvanıma nalayiq ifadələr işlətdi. Ərim Fəridi yanına çağıraraq 10 manat pulu sonuncuya verərək araq almasını dedi. Bundan sonra Fərid yaşadığımız ünvandan uzaqlaşdı. Mən oğlum Pərvizlə həyətdə qaldıq. Təxminən 20 dəqiqə sonra oğlum Fərid sipirtli içkini gətirərək atasına verərək yaşadığımız ünvandan uzaqlaşdı. Ərim Pərvizin üzərinə gələrək ondan niyə elektron siqaret çəkdiyini soruşaraq nalayiq ifadələrlə təhqir etdi. Ərimin oğluma xəsarət yetirəcəyindən qorxaraq onu sakitləşdirmək istədim. Həmin vaxt ərim əl ataraq saçlarımdan tutaraq məni özünə tərəf çəkdi, üzümdən bir dəfə şillə, sol qulaq nahiyəmdən isə bir dəfə yumruqla zərbə vurdu. Pərviz məni müdafiə etmək istədi. Ərim məni buraxaraq Pərvizin üzərinə hücum elədi. Pərviz qaçaraq bağa getdi. Mən də oğlumun ardınca bağa qaçdım. Bizi bağda qovan zaman ərim yerə yıxıldı. Qoşqar yerdən qalxaraq həyətə gedərək su baseynasında əl-ayağını yuyaraq yaşadığımız evə daxil oldu. Mən bir müddət sonra evin giriş qapısından içəri daxil olaraq foedən yataq otağına getmək istədim. Ərimin sipirtli içki qəbul etməsini gördüm. Ərim masa arxasından qalxaraq qapını örtərək ünvanıma nalayiq ifadələr işlədərək getməyimi dedi. Bundan təxminən 30 dəqiqə sonra yenidən evə daxil oldum. Həmin vaxt ərimin tam içkili şəkildə olmasını və yuxulamasını gördüm. Bundan sonra oğlum Pərvizi çağıraraq evə daxil olduq. Mən qonaq otağında əyləşərək televizora baxmağa başladım. Həmin vaxt Qoşqar içkili şəkildə məni təhqir edərək ayaq üstə qalxmaq istədi. Lakin oturduğu yerdən ayaq üstə qalxa bilmədi”. 

Zərərçəkmişin ifadəsinə görə, sentyabrın 19-da, saat 9 radələrində əri yuxudan durduqdan sonra mətbəxə keçib: “Ərim Qoşqar özünə mətbəxdə çay süzərək qonaq otağına qayıtdı. Ərim masanın üzərindən çörəyi götürərək döşəməyə atdı və mənə yaşadığımız evdən getməyimi söylədi. Ərim mətbəxə daxil olaraq saçımdan tutaraq üz nahiyəmə əli ilə zərbələr vurmağa başladı. Mən güclə ərimin əlindən çıxaraq qonaq otağına qaçdım. Həmin vaxt oğlanlarım Fərid və Pərviz qonaq otağına daxil oldular. Həmin vaxt ərim ağız nahiyəmdən vurdu. Sonra Pərvizin üzərinə hücum edərək onun yaxasından tutdu. Mən ərimi tutaraq ondan uzaqlaşdırmaq istədim. Həmin vaxt Pərvizi buraxaraq qollarımdan tutaraq təpiklə qıçlarıma zərbələr vuraraq məni həyətə atdı”. 

Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Qoşqarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
 

10:41 - 17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin