Ucarda 29 yaşlı oğlan qardaşı arvadını yad kişi ilə danışarkən tutdu - TƏFƏRRÜAT

 Ucarda 29 yaşlı oğlan qardaşı arvadını yad kişi ilə danışarkən tutdu - TƏFƏRRÜAT

Ucar rayonunda 1995-ci il təvəllüdlü Ülvi şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı Raufa (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin dekabrın 29-da Ucar rayonunun kəndlərindən birində baş verib. Ülvi evlərində qardaşı Raufun arvadı Ülviyyənin mobil telefon vasitəsi ilə yad adamla danışmasını deməsindən sonra qardaşı ona irad tutub. Bu səbəbdən qardaşlar arasında mübahisə yaranıb. Mübahisə zamanı Ülvi başı ilə bir dəfə qardaşının sifətinə zərbə vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Ülvinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ülvi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, evlidir, 2 azyaşlı övladı var, valideyinləri ilə Ucar rayonunun kəndində qardaşı Raufla ata evində yaşayır: “Rauf da evlidir, ailəsi ilə birlikdə həmin evdə qalır. Dekabrın 29-da, saat 19 radələrində Raufun arvadı Ülviyyənin gizlicə kiminləsə mobil telefonla danışmasını güman etdim. Bundan əsəbləşərək Raufa zəng etdim, harada olmasını soruşdum. Rauf mağazadan ərzaq alaraq evə gəlməsini bildirdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 30 dəqiqə sonra Rauf evə gəlib: “Raufa Ülviyyənin kiminləsə mobil telefonla danışmasını ona deyərək irad tutdum. Cavabında Rauf mənim Ülviyyəyə şər atdığımı dedi. Rauf yaşadığımız evin eyvanında üzərimə gəldiyi üçün başım ilə 1 dəfə onun sifətindən vurdum. Anam Səmayə bizi dava etməyə qoymayaraq aralaşdırdı. Dava-dalaş zamanı Rauf məni vurmadı. Orada nalayiq söyüşlər söyülməmişəm. Dava-dalaş təxminən 5 dəqiqə müddətində davam etdi. Ailə üzüvlərimizdən başqa evdə heç kim olmayıb”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Raufun sözlərinə görə, dekabrın 29-da, saat 19 radələrində kənddə mağazadan ərzaq alıb və evə gələrkən ona zəng edib,  harada olmasını soruşub: “Mən də mağazadan ərzaq alaraq evə gəldiyimi bildirdim. Yaşadığımız  evin eyvanında Ülvi mənə bildirdi ki, sən necə kişisən, arvadın Ülviyyə başqa adamla telefonla danışır. Ülviyyəyə şər atılmasını bildirdim, Ülvi ilə mübahisə etdim. Ülvi  qəfil başım ilə bir dəfə sifətimdən vurdu və mənə xəsarət yetirdi. Anam Səmayə bizi aralaşdırdı, dava etməyə qoymadı. Almış olduğum xəsarətlə bağlı həmin gün Ucar Mərkəzi Rayon Xəstəxanasına müraciət etdim. Dava-dalaş zamanı Ülvini vurmamışam, orada nalayiq söyüşlər söyülməyib. Dava-dalaş təxminən 5 dəqiqə davam etdi”. 

Bu cinayət işinə Ucar Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Ülvinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Demokrat.az

17:10 - 16 Sentyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin