11-ci sinif şagirdi intihar etdi

 11-ci sinif şagirdi intihar etdi

Qazax rayonunda intihar hadisəsi baş verib.

Asayis.Az "Qafqazinfo"a istinadən xəbər verir ki, rayonun Qaymaqlı kənd sakini, 16 yaşlı Şəhrəddin Şirin oğlu Əliyev özünü yaşadığı evdə asaraq həyatına son qoyub. Onun meyitini yaxınları aşkar ediblər.

Bildirilib ki, Ş.Əliyev bu il 11-ci sinfə keçibmiş.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

14:42 - 11 Sentyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin