Bakıda dəmiryolu vağzalında qan töküldü

 Bakıda dəmiryolu vağzalında qan töküldü

Bakıda dəmiryolu vağzalında bıçaqlanma hadisəsi baş verib.

Hadisə Biləcəri qəsəbəsində yerləşən dəmiryolu vağzalında qeydə alınıb.

Bakı şəhər sakini, 40 yaşlı Rafiq Abbasquliyev aralarında yaranmış mübahisə nəticəsində Masallı rayon sakini, 44 yaşlı Hüseyn Ağayevi bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Rafiq Abbasquliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.(Lent.az)

12:13 - 11 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin