Bakıda binada yanğın olub - FOTO

 Bakıda binada yanğın olub - FOTO

Bakıda çoxmərtəbəli binada yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində çoxmərtəbəli binada (yaşayış yoxdur) yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunublar.

Görülən tədbirlərlə yanğın söndürülüb.

19:22 - 23 Avqust 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin