19 gündür axtarılan Narinin meyiti tapıldı

 19 gündür axtarılan Narinin meyiti tapıldı

Türkiyənin Diyarbəkir şəhərində 19 gündür itkin düşən 8 yaşlı Narin Güranın meyiti Tavşantəpə kəndi ərazisində tapılıb.

Asayis.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında paylaşım edib.

“Təəssüflər olsun ki, Diyarbəkirin Bağlar mahalının Tavşantepe kəndində itən qızımız Narinin cansız bədəni Axtarış xilasetmə qruplarımız tərəfindən tapılıb. Narin qızımıza Allahdan rəhmət, ailəsinə başsağlığı veririk” ,- nazir qeyd edib.

Xatırladaq ki, Narin Gürənin rezonans yaradan işində istintaq çərçivəsində əvvəl onun qardaşı, daha sonra əmisi saxlanılıb.

Qolundakı diş izlərinə görə şübhəli bilinən qardaş artıq sərbəst buraxılıb.

Azyaşlının əmisi, həm də Tavşantəpə kəndinin muxtarı olan Sami Güran isə hələ də şübhəlilər sırasındadır. O, həbs tələbi ilə məhkəməyə göndərilib.

12:15 - 8 Sentyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin