Laçında 4 erməni ailəsi qalıb.
Laçın şəhərində yaşayan erməni icmasının başçısı Narek Aleksanyan bunları deyib: “Hazırda şəhərdə 20-yə yaxın insan, ümumilikdə 4 ailə qalıb. Bu ailələrin də bir hissəsi bu gün, digər hissəsi sabah çıxacaq”.
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Laçın şəhəri, Zabux və Sus kəndləri iki gündən sonra Azərbaycana təhvil veriləcək.