Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Azər Əliyev saxlanılıb.
Bu barədə Asayis.Az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.
Adıçəkilən şəxs müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, dəyərindən ucuz qiymətə satılması barədə elan saytlarında məlumatlar yerləşdirib.
Ona zəng zərərçəkənlərdən "beh" qismində müxtəlif məbləğlərdə pul əldə etdikdən sonra isə A.Əliyev daha sonra zərərçəkənlərlə əlaqəni kəsib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.