Fərhad Əhmədov saxlanıldı

 Fərhad Əhmədov saxlanıldı

Sentyabrın 4-də saat 23 radələrində Şamaxı şəhərində 1966-cı il təvəllüdlü Laçın Məmmədov və 1975-ci il təvəllüdlü Əlisafa Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlər almaları barədə polisə məlumat daxil olub.

Asayis.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Fərhad Əhmədov saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib. Faktla bağlı araşdırma aparılır. (APA)

13:28 - 5 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin