Şəhid anası vəfat etdi - VİDEO

 Şəhid anası vəfat etdi - VİDEO

Vətən müharibəsi şəhidi Əliyev Elçin Rasim oğlunun anası Ulduz Əliyeva vəfat edib.

Asayis.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Ulduz Əliyeva uzun sürən xəstəlikdən sonra vəfat edib.

Xatırladaq ki, Elçin Əliyev 4 mart 1994–cü ildə Mingəçevir şəhərində anadan olub.

Aprel döyüşlərinin də iştirakçısı olan Elçin Əliyev 44 günlük Vətən müharibəsi zamanı 28 sentyabr tarixində Tərtər rayonunun Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli” medalı, “Vətən uğrunda” medalı, Suqovuşanın azad olunmasına görə” medalı, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. (Haqq.az)


 

18:31 - 3 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin