Naxçıvan Dövlət Universitetinin müəllimi dünyasını dəyişib.
Asayis.Az bildirir ki, bu barədə universitetdən bildirilib. Məlumata görə, universitetin Xarici dillər fakültəsinin “Roman-german dilləri” kafedrasında Fransız dili müəllimi kimi fəaliyyət göstərmiş Hidayət
Əkbərov uzun zaman davam edən xəstəlik səbəbindən vəfat edib.
41 yaşlı baş müəllim 2 proqram və 15 elmi məqalənin müəllifi imiş.