İmişli rayonunda yeniyetmənin toyunun olması barədə sosial şəbəkədə yayılan məlumat polis tərəfinfən araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Asayis.Az-a bildirilib ki, faktla bağlı İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün zəruri tədbirlər icra olunub.
Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Polis əməkdaşları və icra hakimiyyətinin məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Keçirilməsi planlaşdırılan toy məclisi isə təxirə salınıb.