Rəsul Quliyev qəzada həlak oldu

 Rəsul Quliyev qəzada həlak oldu

Kəlbəcər rayonu ərazisində ağır yol qəzası baş verib.

Asayis.Az xəbər verir ki, Vəng kəndi ərazisində “VAZ 21 099” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb.

Hadisə nəticəsində tikinti şirkətlərinin birində çalışan sürücü, 1979-cu il təvəllüdlü Rəsul Quliyev ölüb. Sərnişin M.Nəcəfov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza yerinə Kəlbcər RPŞ-nin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.
 

11:31 - 1 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin