Azərbaycanda boşanan ailələrin uşaq sayı - ŞOK STATİSTİKA

 Azərbaycanda boşanan ailələrin uşaq sayı - ŞOK STATİSTİKA

Rəsmi statistika göstərir ki, Azərbaycanda boşanmalar hər il artır. Təbii ki, dağılan ailələrin bir çoxunda uşaqlar da var və boşanmalardan ən çox əziyyət çəkənlər də onlar olur.

Bəs son 1 ildə boşanan neçə ailə uşaqlı, neçəsi uşaqsızdır?

Modern.az saytı bu suala cavab tapmağa çalışıb.

Dövlət Statistika Komitəsindən saytımıza bildirilib ki, 2023-cü ildə Azərbaycanda 21688 boşanma qeydə alınıb.

Boşanan ailələrin 9510-da uşaq dünyaya gəlməyib.

Dağılan 4748 ailə bir uşaqlı olub. 7430 ailədə isə uşaqların sayı iki və daha çox olub. Bu, ümumilikdə 12178 uşaqlı ailə deməkdir.

2023-cü ildəki boşanmalar nəticəsində 21689 uşaq valideynlərdən biri ilə qalmağa məcbur olub.

Bu rəqəmlər əvvəlki illərlə müqayisədə xeyli yüksəkdir. 2024-cü ilə dair rəqəmlərin isə bir qədər də çox olacağı istisna edilmir.

18:17 - 29 Avqust 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin