Badamdar şosesində sürüşmə zonasında yenidən restoran tikilir - VİDEO/FOTO

 Badamdar şosesində sürüşmə zonasında yenidən restoran tikilir - VİDEO/FOTO

 

Bakı şəhəri Səbai rayonu Badamdar şosesinin sürüşmə olan ərazisində uzun fasilədən sonra  yenidən tikinti işləri bərpa edilərək restoranlar tikilməyə başlayıb.

Görəsən  bu sahibkarların havadarları kimlərdir? Bu ərazidə yaşayan vətəndaşların təhlükəsizliyini düşünən yoxdurmu?

Bu ərazidə kimsə özünə  məxsus olan mənzildə təmir aparan zaman İcra Hakimiyyətinin əməkdaşları başda olmaqla , bütün dövlət qurumlarının əməkdaşları gəlirlər ki, burada  təmir-tikinti işləri aparmaq olmaz.

Bəs necə olur ki,evin içindəki təmirdən belə xəbərdar olan qurumların  əməkdaşları, sürüşmə ərazisində böyük texnikalarla aparılan tikintini görmürlər? Dəfələrlə Səbail Rayonu İcra Hakimiyyətinin səhifəsinə müraciət  etmişəm, gəlib baxacaqlarını bildirsələr də heç kəs  bu məsələ ilə maraqlanmaq istəmir.

Nəzərinizə çatdırım ki,həmin ərazinin aşağı hissəsi həyat evləri ilə doludur və sürüşmə olduğu halda bu evlərlə bərabər yüzlərlə insanda torpağ altında qalaraq can verəcək. (Onder.tv)
 

17:18 - 28 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin