Bakıda motosiklet avtomobillə toqquşdu

 Bakıda motosiklet avtomobillə toqquşdu

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Adığözəlov Nahid Namiq oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Hadisə zamanı motosikletin sürücüsü və sərnişin 2001-ci il təvəllüdlü Omor Hüseyin Feymi oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. N. Adıgözəlova sol baldır sümüklərinin yerdəyişən sınığı, H. Omora isə müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

11:50 - 21 Avqust 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin