Tanışlar arasında borc üstə qanlı DAVA

 Tanışlar arasında borc üstə qanlı DAVA

Göygöl rayonunda 1998-ci il təvəllüdlü Elvin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Nizami Əmiraslanova xəsarət yetirib. 

Asayis.az-ın məlumatına görə, hadisə bu ilin yanvarın 19-da, saat 13 radələrində Göygöl şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “Heydər Əliyev” adına muzeyin ətrafında baş verib. 

Elvin orada tanışı Nizami ilə görüşərək ona borc verdiyi pulu geri tələb etməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı ona borc verdiyi pulunu istəyib. Nizami pulu vermədiyindən ona “pulu doğ” ifadəsi işlədib. 

Bundan sonra Nizami onu sifət nahiyyəsindən vurub. 

O, isə başı ilə Nizmai Əmiraslanovun sifət nahiyyəsindən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Onlar əlbə-yəxa dalaşıblar. 

Həmin vaxt oradan təsadüfən keçən əvvəllər tanıdığı Ağalar adlı taksi sürücüsü onları görərək aralayıb. Elvin taksiyə minib getmək istəyərkən Nizami onun şəxsinə toxunacaq “getmə kişi ol” ifadəsi işlədib. O da Nizamiyə tərəf gəlib. Bu zaman Elvin Nizaminin sinəsindən bıçaqla vurub. Yerə yıxıldıqdan sonra Nizaminin qılçasından bıçaqla vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Elvinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin Cinayət Məcəlləsinin 221.1-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyib. 

O, özünü Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə təqsirli bilib. 

O, ifadəsində göstərib ki, Nizamini Göygöl rayon sakini kimi tanıyır: 

“2023-cü ilin təxminən iyul ayında dəqiq gününü xatırlamadığım vaxtda Nizami məndən 100 manat borc pul aldı. Həmin pulu qaytarmasını bir neçə dəfə Nizamiyə bildirsəç də, Nizami hazırda pulunun olmadığını, olan zaman qaytarcağını bildirdi. Sonuncu dəfə 100 manat borcumu Nizamiyə telefonla zəng edərək istədim. Həmin vaxt Nizami mənə olan borcunu verməyə pulu olmadığını bildirdi”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, növbəti günlərdə, təxminən saat 12 radələrində təkrar borcunu istəmək üçün Nizami ilə telefonla zəng edib: 

“Danışıq zamanı Nizamini söhbət etmək üçün çayxanaya çağırdım. Nizami gələ bilmədiyini dedi, məni evlərinə çağırdı. Nizamiyə evlərinə gələ bilməyəcəyimi, yaşadıqları küçənin aşağı hissəsinə gələ biləciyimi bildirdim. Nizami ilə mobil telefonla danışdıqdan təxminən 20-25 dəqiqə sonra Nizami ilə yaşadıqları küçənin aşağı hissəsində Göygöl şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “Heydər Əliyev” adına muzeyin ətrafında saat 13 radələrində görüşdük. Nizami ilə söhbət zamanı ona borc olaraq verdiyim 100 manat pulumu qaytarmasını bildirdim. Nizami pulunun olmadığını, pulu olan zaman verəcəyini bildirdi. Mən Nizamiyə “gör neçə vaxtı sənə vermişəm, özümün də pula ehtiyacım var, pulumu qaytar” dedim. Nizami isə aqressiv şəkildə pulu olan zaman verəcəyini dedi. Mən də Nizamiyə cavab olaraq “pulumu doğ” dedim. Bu sözümdən sonra Nizami yumruqla bir dəfə sol göz altı nahiyəmdən vurdu. Nizaminin məni vurduğunu gördüm və onun qollarından tutdum. Başım ilə Nizaminin burun nahiyyəsindən zərbə vurdum”. 

Elvin bildirib ki, daha sonra əlbəyaxa olublar, Nizaminin qış gödəkcəsinin papağından tutub, yumruq zərbələri ilə üz nahiyəsinə vurub: 

“Ancaq konkret olaraq hansı nahiyəsinə dəyməsini bilməmişəm. Nizami həmin vaxt yerə yıxıldı. Bu zaman yoldan keçən “Kia Rio” markalı avtomobilin sürücüsü olan rayonlu kimi tanıdığım Ağalar avtomobilini saxlayaraq gəldi və bizi ayırdı. Həmin vaxt Nizamini buraxaraq Ağaların idarə etdiyi avtomobilə əyləşmək istədim. Bu zaman Nizami “getmə kişi ol” ifadəsi işlətdi. Mən Nizamiyə tərəf geri qayıtdım. Qayıdan zaman Nizaminin əlində bıçaq olduğunu gördüm. Bıçağı görər-görməz Nizami mənim sol döş qəfəs nahiyəmdən bıçaqla bir dəfə vurdu. Mən zərbədən arxası üstə yerə yıxıldım. 

Daha sonra Nizami təkrar əlindəki bıçaqla bir dəfədə sol ayağımın bud nahiyəsindən vurdu. Həmin vaxt Ağalar Nizamini məndən ayırdı. Mən Ağaların idarə etdiyi avtomobilə əyləşdim, məni xəstəxanaya aparmasını istədim. Ağalar məni Göygöl rayon Mərkəzi Xəstəxanasına apardı. Orada mənə tibbi yardım göstərildi. Mən Nizami ilə görüşməkdə məqsədim borc olaraq verdiyim pulu geri istəmək olub. Lakin əvvəlcə Nizami məni yumruqla vurduğu üçün onu əl və ayaq zərbələri ilə vuraraq xəsarət yetirdim. Nizami ilə aramızda olan münaqişə 5-10 dəqiqə davam etdi. Mən özümü Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilirəm”.

Bu cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elvinin əməli Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib. Elvin cinayət məsuliyyətindən azad edilib. 

Demokrat.az

12:09 - 28 Avqust 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin