Tanınmış həkim evində öldürüldü - Azərbaycanda DƏHŞƏT

 Tanınmış həkim evində öldürüldü - Azərbaycanda DƏHŞƏT

Avqustun 27-də saat 09 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Asayis.Az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Əməli törətməkdə şübhəli bilinən, 1960-cı il təvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb.

Araşdırma aparılır.

Tariyel Əhmədovun Zaqatalada tanınmış həkim olduğu, bir neçə il əvvəl təqaüdə çıxdığı bildirilir. Məlumata görə, hadisə onun qızının evində baş verib.

***

Zaqatalada baş verən qətlin təfərrüatları məlum olub.

APA-nın xəbərinə görə, uzun illər Zaqatalada həkim kimi çalışmış Tariyel Əhmədov Həsən Davudov tərəfindən qızının evində qətlə yetirilib.

H. Davudov onu qətlə yetirəndən sonra ailə üzvləri qaçaraq həyətdəki tikilidə gizləniblər. Həmin şəxs tikiliyə də atəş açıb.

Hadisə yerinə gələn polis əməkdaşları ondan təslim olmağı tələb edib. Bu zaman H. Davudov özünə atəş açaraq intihar edib.

İlkin məlumata görə, hadisə pul üstündə yaranan münaqişə zəminində baş verib.

14:18 - 27 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin