Sürücülük vəsiqələrində bu dəyişikliklər olacaq - Yeni açıqlama

 Sürücülük vəsiqələrində bu dəyişikliklər olacaq - Yeni açıqlama

Azərbaycanda sürücülük vəsiqələrində yenilik edilib. Belə ki, artıq vəsiqələrin üzərində "eynək" işarəsi olacaq. Bu işarə sürücünün görmə qabiliyyətinin zəif, eynək taxmağın məcburi olduğunu bildirir. Yeni nəsil sürücülük vəsiqələri ötən həftədən etibarən verilməyə başlayıb.

Bəs görəsən, yaxın gələcəkdə sürücülük vəsiqələrinin verilməsində daha hansı dəyişikliklər gözlənilir?

Asayis.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, vəsiqələrin verilməsi və istismarında müşahidə olunan bəzi boşluqlar səbəbindən müəyyən dəyişikliklər edilə bilər:

“Sürücülük vəsiqələrinin verilməsi, qanuna əlavələrin və dəyişikliklərin edilməsi birbaşa olaraq bu sahədə olan neqativ halların aradan qaldırılmasına hesablanıb. Misal üçün, bu gün sürücülük vəsiqəsinin verilməsində və istismarında əsas məsuliyyətlərdən biri də, vəsiqədən istifadə zamanı baş verən və ya baş verəcək neqativlərin qarşısının alınmasıdır. Ümumiyyətlə, sürücülük vəsiqəsinin istifadə edilməsində mümkün qədər qanunun tətbiqinin aliliyi, o cümlədən, daha çox resurslara hesablanan istifadə olmalıdır. Yəni sürücülük vəsiqəsində qanuni boşluğun olmaması üçün xüsusən vəsiqədə müəyyən istifadə qaydalarının tətbiqi, rüşvət və digər neqativ hallara yol verilməməsi üçün nəzərə çarpan boşluqlar əlavə və dəyişikliklərlə tənzimlənməlidir”.

Ekspertin fikrincə, bu istiqamətdə bir sıra beynəlxalq təcrübədən istifadə etmək olar:

“Ona görə də bu kimi amillər istər sürücülük vəsiqələrinin verilməsində, istərsə də vəsiqədən istifadə edərək nəqliyyat vasitələrinin istismarında hər hansı bir neqativ boşluğun aradan qaldırılmasına hesablanmalıdır. Belə olan hallarda bu sahə ilə bağlı hər hansı xoşəgəlməz hadisələr baş verməz. Digər dəyişikliklər isə hansısa kateqoriya ilə bağlı deyil, beynəlxalq nizamlama və təcrübələrə əsasən, sürücülük vəsiqəsinin istismarı zamanı “təcrübəli” və ya “təcrübəsiz” sürücü kimi amillər nəzərə alınmalıdır. Məsələn, “təcrübəsiz sürücü” nişanı ilə təchiz edilmiş nəqliyyat vasitəsi onu bildirəcək ki, nəqliyyat istifadə edən şəxsin avtomobil idarəetməsi ilə bağlı nəzəri bilikləri var, amma təcrübəsi yoxdur”.

 

15:41 - 26 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin