Nəsiman Yaqublunun ölümü Rəsulzadəni ağlatdı

 Nəsiman Yaqublunun ölümü Rəsulzadəni ağlatdı

Avqustun 25-də tarixçi professor, deputatlığa namizəd Nəsiman Yaqublu yol qəzası nəticəsində həyatını itirib.

Asayis.Az xəbər verir ki, modern.az saytı Nəsiman Yaqublunun ölümü barədə Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə ilə əlaqə saxlayıb.

O, xəbəri ilk dəfə eşitdiyini bildirib və həmin an "Nə danışırsan, o, mənim canım-ciyərim idi" deyərək göz yaşlarını saxlaya bilməyib.

N. Yaqublunun ölüm xəbərindən sarsılan Rəsulzadə sözlərinə davam edə bilməyib.

Xatırladaq ki, professorun ölümünə səbəb olan qəza bu gün saat 19:00 radələrində Cəbrayıl rayonu ərazisində Zəngilandan seçiciləri ilə görüşdən qayıdarkən baş verib.

Qeyd edək ki, Bakı Dövlət Universitetində müəllim işləyən professor Nəsiman Yaqublu Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd olub.

10:45 - 26 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin