Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb.
Müsabiqə mərhələsində iştirak edən 82 883 nəfərdən 55 656 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 27 117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28 539 (o cümlədən 5 708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Asayis.Az xəbər verir ki, tələbə adını qazananlar arasında Respublika Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyevın qızı Fatimə də var. Fatimə Bakı Dövlət Universitetinin regionşünaslıq ixtisasına daxil olub.
Qeyd edək ki, bu il Azərbaycan təhsil tarixində ən yüksək göstərici qeydə alınıb.