Sumqayıtda oğurlanan maşını Bakıda tapdılar

 Sumqayıtda oğurlanan maşını Bakıda tapdılar

 Sumqayıt şəhərində “Mercedes” markalı, 90-NJ-540 dövlət nömrə nişanlı avtomobil oğurlanıb. 
 

Məlumata görə həmin şəxsin saxlanılması üçün keçirilən əməliyyat zamanı məlum olub ki, avtomobil Heydər Əliyev prospekti ilə hərəkətdədir. Avtomobilin saxlanılması üçün göstəriş verilib, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayının müşayət eskort bölüyünün komandiri, polis polkovnik leytenantı Mübariz Həsənəliyev və polis baş serjantı Raqif İsgəndərov həmin nəqliyyat vasitəsini saxlatdırıb.
 

Saxlanılan zaman məlum olub ki, avtomobili idarə edən sürücü Kərimov Mir Hüseyn tək deyil, yanında qardaşı Kərimov Mir Heydər də var. Hər iki şəxs oğurladıqları avtomobillə birlikdə saxlanılaraq Nizamı rayon Polis İdarəsinin 23-cü polis bölməsinə təhvil verirlib. Araşdırmalar zamanı məlum olub ki, qardaşlardan biri əvvəllər də oğurluq etdiyinə görə məsuliyyətə cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.


20:43 - 20 Avqust 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin