Azərbaycanda Əməkdar müəllimi maşın vurub öldürdü - FOTOLAR

 Azərbaycanda Əməkdar müəllimi maşın vurub öldürdü - FOTOLAR

Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, şəhər sakini Əlvan Zeynalov "Cherry" markalı avtomobillə İstiqlaliyyət küçəsində hərəkət edərkən, yolu keçən 84 yaşlı piyada Sabir Ələkbərovu vurub.

Xəstəxanaya çatdırılan S. Ələkbərovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, S. Ələkbərov Azərbaycan SSRİ-nin güləş üzrə idman ustası və Azərbaycanın Əməkdar müəllimi olub.

 

11:08 - 24 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin