Azərbaycanda ata narkotika qəbul edərək, qızına təcavüz etdi - ŞOK TƏFƏRRÜAT

 Azərbaycanda ata narkotika qəbul edərək, qızına təcavüz etdi - ŞOK TƏFƏRRÜAT

Mingəçevir şəhərində 1971-ci il təvəllüdlü Kazım yetkinlik yaşına çatmayan qızı Ayselə (adlar şərti göstərilib – red.) seksual xarakterli hərəkətlər edib. 

Asayis.Az-ın məlumatına görə, Kazım 2009-cu il təvəllüdlü qızı Aysel ilə 2020-ci ilin iyul-avqust aylarından başlayaraq 2023-cü ilədək olan müddət ərzində ona qarşı seksual xarakterli cinsi münasibət göstərib. 

Kazım yaşadığı evində Aysel ilə təkliklə qaldığı, ona görə də hər hansı bir maneə ilə rastlaşmadığı və müqaviməti ilə qarşılaşmayacağını yəqin bildiyi vaxtlarda dəfələrlə paltarlarını soyunub, çılpaq vəziyyətdə onun qarşısına çıxıb, ona cinsiyyət orqanını nümayiş etdirib. 

Kazım şəhvət hissi ilə əlini Ayselin paltarının altına salaraq, onun bədəninin intim nahiyələrini sığallayıb. Qızına iyrənc seksual hərəkətlər etməyə məcbur edib. Həmçinin rahatlaşması üçün onunla cinsi əlaqəyə girməyi təklif edib. 

Kazım Ayselin 14 yaşına çatmayan dövrdə ona qarşı törədilən qanunazidd, zorakı və əxlaqsız hərəkətlərin faktiki xarakterini və mənasını tam dərk etməyən, ona görə də həmin hərəkətlərə müqavimət göstərmək iqtidarında olmayan, bir sıra hallarda isə həmin hərəkətləri “ata qayğısı və nəvazişi” kimi qəbul etdiyinə görə köməksiz vəziyyətdə olan, ata himayəsində olduğuna, edəcəyi şikayətlərin birmənalı və adekvat kimi qəbul edilməyəcəyinə görə faktiki olaraq köməksiz vəziyyətdə olmaqda qalan Ayselə qarşı həm on dörd yaşına çatmadığı, həm də on dörd yaşına çatdığı, lakin yetkinlik yaşına çatmadığı dövrlərdə zor tətbiq etmə hədəsi ilə, habelə köməksiz vəziyyətindən istifadə etməklə təkrarən və birbaşa qəsdlə seksual xarakterli digər zorakılıq hərəkətləri edib. 

Hadisəni törədən Kazımın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kazım ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində törətdiyi əməldən peşman olduğunu, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib. 

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, 2001-ci ildə Səbinə ilə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurub, birgə nikahlarından Müslüm və Aysel adlı övladları olub: 

“Oğlum Müslüm hazırda müddətli həqiqi hərbi xidmətdə olmaqla arvadım Səbinə isə şəhər ərazisində yerləşən ticarət obyektlərində xadimə işləyib. Təxminən 2023-cü il oktyabr ayının əvvəlində Yevlax rayonunda yaşayan Famil adlı şəxslə onun yaşadığı kənd ərazisində görüşdüm. Bu zaman Famildən narkotik vasitə olan qurudulmuş marixuana istədim. Famil nəşəsi olmadığını, lakin 2 ədəd narkotik tərkibli həbləri olduğunu bildirdi. Həmin həbləri Famildən alaraq yaşadığım Mingəçevir şəhərində yerləşən evimə gəldim. Günorta saatlarında həblərdən birini qəbul etdim. Bir qədər sonra qızım Aysel yaşadığımız evə gəldi. Mən dərman həbini qəbul etdikdən sonra özümü pis hiss edərək hərəkətlərimi idarə edə bilməmişəm. Beynimə müxtəlif xəyallar gəlib. Lakin həmin vaxt hansı hərəkətlər etdiyimi xatırlamamışam”. 

Kazım qeyd edib ki, daha sonra oktyabrın 6-da yenə də həmin həbin qalanını atıb: 

“Həmin vaxt arvadım Səbinə və qızım Aysel də yaşadığımız evdə olublar. Gecəni yata bilməmişəm. Oktyabrın 7-də, səhər saatlarında yuxudan ayıldıqdan sonra qəbul etdiyim qidaları qusmaqla ifraz etdim. Sonra yaşadığım evdə olan otağa keçərək yatdım. Yuxuda olduğum zaman polis əməkdaşları yaşadığımız evə gəldi və məni polis şöbəsinə dəvət etdilər. 

Arvadım Səbinə qızım Ayselə qarşı seksual xarakterli hərəkətlər etməyim barədə polis şöbəsinə müraciət etdiyi məlum oldu. Polis şöbəsində arvadıma məxsus telefondakı səs yazısına qulaq asarkən yaşadığımız evdə qızım Ayselə qarşı seksual hərəkətlər etdiyim mənə məlum oldu. Həmin hərəkətləri etməyimi xatırlamamışam. Aysel ilə hər hansı formada cinsi əlaqədə olmamışam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Ayselin sözlərinə görə, atası Kazım ilə barışıb, ona qarşı heç bir şikayət və tələbi olmayıb. 

O, atasının barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edib. 

Aysel ifadəsində göstərib ki, Kazım atası olmaqla anası Səbinə ilə birlikdə yaşayıb, hadisə vaxtı isə qardaşı Müslüm müddətli həqiqi hərbi xidmətdə olub: 

“Anam hər gün saat 9 radələrində işə gedib, axşam saatlarında evə qayıdıb. Atam ilə anamın arasında daima münaqişələr baş verib. 2020-ci ilin təxminən iyul-avqust aylarında yaşadığımız evin həyətyanı sahəsində olan zaman atam məhəllənin baş tərəfindən məni çağıraraq yanına gəlməyimi bildirdiyi üçün onun yanına getdim. Atam istifadəsində olan mobil telefonda qadınla kişinin cinsi əlaqədə olmasını əks etdirən video görüntüləri mənə  göstərdi. Mənə də həmin qaydada cinsi əlaqədə olmağı təklif etdi. Həmin vaxt başımı aşağı salaraq videolara baxmadım. 

Atam mənə seksual xarakterli kişi ilə qadının cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri göstərməsi bir müddət davam etdi. Atam həmin videogörüntüləri göstərərkən əli ilə belimdən də tutdu. Həmin zamanlardan sonra evdə və ya həyətdə məişət işləri görərkən atam mənə yaxınlaşaraq arxadan məni qucaqlayaraq özünə sıxıb. Mənə əlimi şalvarının içərisinə salaraq onun intim yerlərinə baxmağımı, sonra da öpməyi təklif etdi. Atamın mənə qarşı etdiyi hərəkətlərinə etiraz etdim”. 

Aysel qeyd edib ki, 2022-ci ilin oktyabr ayında qardaşı hərbi xidmətə getdikdən sonra atası Kazımla evdə daha çox tək vaxt keçirib: 

“Həmin müddətlər ərzində də atam mənə qarşı dəfələrlə seksual xarakterli hərəkətlər edib. Daima mənə seksual xarakterli videogörüntülər göstərib. Evdə tək olduqda əlini şalvarımın alt hissəsinə salaraq mənim arxa nahiyyəmi sığallayıb. Həmçinin mənə də onun bədənini öpməyi, atamın bədənini sığallamağı təklif edib. Hər dəfə atam mənə qarşı etdiyi hərəkətlərindən müxtəlif bəhanələrlə yayınmışam”. 

Ayselin sözlərinə görə, 2023-cü ilin sentyabr ayının əvvəllərindən başlayaraq atası ona qarşı daha da açıq seksual xarakterli hərəkətlər etməyə başlayıb, yaşadıqları evdə olarkən atası paltarlarını çıxarıb və onun qarşısında lüt dayandıqdan sonra ona atasının intim yerinə əli ilə toxunmağı, öpməyi və cinsi əlaqədə olmağı təklif edib: 

“Həmçinin atam mənə cinsi əlaqədə olmağı təklif edərək paltarlarımı çıxarmağa cəhd edib. Mənə  asanlıqla soyunulub geyinilən paltarlar geyinməyi təklif edib. Atamın mənə qarşı seksual hərəkətlər etməsindən qorxaraq daima düyməsiz, yəni, çətin soyunulub geyinilən paltarlar geyinmişəm. Hamama yuyunmağa gedəndə qapını bağladığım üçün atam mənə qapını açıq saxlamağı, eləcə də gecələr anam yatdıqdan sonra onun yanına getməyi təklif edib. Dəfələrlə yatdığım vaxt atam yatağıma uzanaraq bədənimin müxtəlif nahiyələrindən öpməyə və paltarlarımı çıxarmağa çalışıb. Lakin atam məni qucaqlayan və öpən zaman onun paltarları əynində olub. 

Atam mənimlə və anamla mütəmadi olaraq mübahisə və münaqişələr etdiyi üçün ondan qorxaraq bu barədə anama məlumat verməmişəm. Bu barədə kiməsə məlumat verdikdən sonra atamın mənə qarşı etdiyi hərəkətləri təsdiq edə bilməyəcəyimi başa düşdüyümdən atamın mənə qarşı əxlaqsız hərəkət etdiyi zaman onun səsini yazmaq qərarına gəldim”. 

Zərərçəkmiş qeyd edib ki, təxminən 2023-cü ilin sentyabr ayının sonları yaşadıqları evdə atası ilə tək olan zaman atasının ona yaxınlaşacağını əvvəlcədən bildiyi üçün istifadəsində olan mobil telefondakı səs yazma proqramını aktiv edib və telefonu masanın üzərinə qoyub: 

“Həmin vaxt atam yenə də yaxınlaşaraq yanımda əyləşərək məni qucaqladı, öpməyə və mənə qarşı digər əxlaqsız hərəkət etməyə başladı. Həmçinin mənə qarşı əxlaqsız hərəkətlər edərkən atam ilə cinsi əlaqədə olmağı təklif etdi. Həmin vaxt atamın mənə qarşı əxlaqsız hərəkətlər edərək aramızda olan danışıqları telefon vasitəsi ilə yazdım”. 

Ayselin ifadəsinə görə, sonuncu dəfə 2023-cü ildə saat 10 radələrində yaşadıqları evdə yataq otağında çarpayıda uzanan zaman yuxudan oyanmasına baxmayaraq atasının ona qarşı yenə də seksual xarakterli hərəkətlər edəcəyindən qorxaraq çarpayıdan qalxmayıb: 

“Bu zaman atam mənim çarpayıma yaxınlaşdı və yanımda uzanaraq məni arxa nahiyədən qucaqladı. Daha sonra əynimdə olan şortiki çıxarmaq istədi. Atama paltarlarımı çıxarmağa imkan vermədim. Atama aybaşı olduğumu bildirsəm də, atam məni arxa nahiyədən cinsi əlaqədə olacağını bildirdi. Razılıq vermədiyim üçün atam yanımdan qalxaraq getdi. Yerimdən qalxaraq artıq atamın mənə qarşı etdiyi hərəkətlərin davamlı olduğunu gördüm, zəng edərək atamın mənə qarşı mütəmadi olaraq əxlaqsız hərəkətlər etməsi barədə polisə məlumat verdim. Sonra isə polis şöbəsinə gedərək ərizə ilə müraciət etdim”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Kazım 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Hökmdən narazı qalan təqsirləndirilən Kazım apellyasiya şikayəti verib. 

O, işinə yenidən baxılmasını, cəzasının yüngülləşdirilməsini xahiş edib. Onun şikayəti araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib. 

Aepllyasiya şikayətinin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan edib. 

Qərara görə, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib. 

Şəki Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm haqlı hesab edilib. 

Demokrat.az

14:10 - 21 Avqust 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin