Salyanda avtomobil qəzası olub, xəsarət alanlar var

 Salyanda avtomobil qəzası olub, xəsarət alanlar var

Salyanda yol qəzası olub, xəsarət alanlar var.

Hadisə köhnə Ələt-Astara magistral yolunun rayonun Qızılağac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Niva” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.

Qəza zamanı üç nəfərin xəsarət aldığı bildirilr.

Faktla bağlı araşdırma aparılır.

13:01 - 20 Avqust 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin