Taksi sürücülərinin imtahanında iştirak etməyənlərin aqibəti necə olacaq? - VİDEO

 Taksi sürücülərinin imtahanında iştirak etməyənlərin aqibəti necə olacaq? - VİDEO
Taksi minik avtomobili sürücüləri üçün avqustun 25-də imtahan keçiriləcək.

İmtahana son qeydiyyat tarixi sabah saat 10:00-dək aparılacaq. Artıq Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən 2369 nəfərə yaxın şəxsin məlumatları təqdim olunub.

İmtahanda veriləcək sualların hərbiri bir bal ilə qiymələndiriləcək. Səhv cavablar düzgün cavablara təsir göstərmir. Suallara 10-dan az olmamaqla düzgün cavab verən şəxslərə 7 il müddətində şəhadətnamə təqdim olunacaq.

Məsələ ilə bağlı yerüstü nəqliyyat agentliyindən bildirildi ki, imtahanda iştirak etməyən şəxslər taksi fəaliyyəti göstərə bilməyəcək.
 

 

13:38 - 21 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin