Gənc oğlan sevgilisi ilə cinsi əlaqədə oldu, sonra onu bıçaqla hədələdi - ŞOK TƏFƏRRÜAT

 Gənc oğlan sevgilisi ilə cinsi əlaqədə oldu, sonra onu bıçaqla hədələdi - ŞOK TƏFƏRRÜAT

Salyan rayonunda 1996-cı il təvəllüdlü Əmir sevgi münasibətində olduğu Aygün (adlar şərti göstərilib – red.) ilə cinsi əlaqədə olmaqda ittiham edilib. 

Asayis.Az-ın məlumatına görə, Əmir 2022-ci il oktyabrın 1-də yaşadığı Salyan rayonunun kəndində yerləşən fərdi yaşayış evinin həyətində evliliklə bağlı təşkil olunmuş toy məclisindən sonra həmin gün saat 23 radələrində, aralarında on bir il yaş fərqi olan, həmin dövrdə on altı yaşına çatmamış 2007-ci il təvəllüdlü Aygünlə öz razılığı ilə cinsi əlaqədə olub, onun qızlıq pərdəsinin tamlığını pozub. 

Bundan sonra Əmir 15 yanvar 2023-cü il tarixədək olan müddətdə Aygün ilə mütəmadi olaraq cinsi əlaqədə olub. 

Hadisəni törədən Əmirin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əmir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, zərərçəkmiş Aygün ilə Bakı şəhərində tanış olub, həmin vaxtdan bir-birini seviblər, aralarında münasibət yaranıb: 

“Biz ailə qurmaq qərarına gəldik. 2022-ci ilin sentyabrın 8-də Aygünü ailə qurmaq məqsədi ilə Bakı şəhərindən maşınla Salyan rayonunun kəndində yerləşən evimizə gətirdim. Bundan sonra Aygünün anası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək qızının evdən getməsi, bir daha geri qayıtmaması barədə məlumat verdi. Mən də Xəzər Rayon Polis İdarəsinin tələbi ilə Aygün ilə birlikdə həmin idarəyə getdim. Orada Aygün anasına təhvil verildi. Bundan sonra Aygünün  anası onun mənimlə ailə qurmağıma icazə verdi. Mən də Aygünü götürərək yaşadığım evimizə gətirdim”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, 1 oktyabr 2022-ci ildə evlərinin həyətində toy məclisi təşkil olunub: 

“Lakin həmin vaxt Aygünün 15 yaşı olduğu üçün bu səbəbdən nikahımızı rəsmiləşdirə bilmədik. Toy günü saat 23 radələrində Aygünün 16 yaşına çatmadığını bildiyim halda onunla ilk dəfə cinsi əlaqədə olaraq qızlıq bəkarətini pozdum. 

Bundan sonra Aygün ilə birlikdə 15 gün bir yerdə qaldıq. Həmin müddət ərzində mütəmadi olaraq Aygün ilə təbii yola cinsi əlaqədə oldum. Evləndiyimiz gündən 15 gün sonra Aygün xəstələndi. Buna görə anasının yanına - Bakı şəhərinə getdi. Orada 4 ay qalaraq müalicə aldı. Mən Aygünə zəng edərək onun geri qayıtmasını tələb etdim. Aygün isə buna etiraz etdi. Buna görə də aramızda mübahisə yarandı. Aygün də əsəbiləşərək barəmdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək şikayət etdi”. 

Əmir qeyd edib ki, Aygünün müraciətindən sonra Salyan Rayon Polis Şöbəsində aparılan araşdırma zamanı onunla barışıb, onu evlərinə gətirib: 

“Aygünün anası polisə şikayət edəndən sonra, yəni 2023-cü ilin yanvarın 15-dən artıq Aygün ilə heç bir cinsi əlaqədə olmamışam. Əvvəldən Aygünün 15 yaşı olmasını bilməmişəm. Yalnız toy günü Aygün ilə ilk dəfə cinsi əlaqədə olaraq onun qızlıq bəkarətini pozan zaman artıq onun 16 yaşının olmadığını bilmişəm. Səhv etdiyimi başa düşürəm,  tutduğum əməlindən səmimi peşmanam”. 

İş üzrə zərərçəkmiş Aygünün sözlərinə görə, anası ilə birlikdə əvvəllər Ağcabədi rayonunun kəndində yaşayıb, həmin kənddə yaşadıqları dövrdə kənd orta məktəbinin 5-ci sinfinə kimi oxuyub və ondan sonra daha məktəbə getməyib: 

“5 il əvvəl isə anam ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi "Südçülük sovxozu" adlanan yaşayış massivinə köçdüm, orada yaşamağa başladım. Salyan rayonunun kəndində yaşayan Əmirlə 2022-ci ilin sentyabr ayının əvvəllərində Xəzər rayonu Zirə qəsəbəsində yerləşən parkda tanış oldum. Həmin vaxtdan sonra aramızda münasibətimiz yarandı və mütəmadi olaraq mobil telefon vasitəsi ilə danışdıq, əlaqə saxladıq. Bir müddət belə əlaqə saxladıqdan sonra Murad mənimlə ailə qurmaq istədiyini bildirdi. Onun bu təklifinə razılıq verdim. Lakin anamın s buna razı olmayacağını dedim və məni qaçırmasını təklif etdim. Əmir də mənimlə razılaşdı”.

Aygün qeyd edib ki, 2022-ci ilin sentyabrın 8-də, saat 21 radələrində Əmir ona zəng edib və parkda gözlədiyini bildirdiyindən evlərindən özünə lazım olan əşyalarını götürüb, evdən çıxaraq Əmirin parkda onu gözlədiyi yerə gəlib: 

“Bundan sonra Əmir məni ailə qurmaq məqsədi ilə bir yol maşını ilə Salyan rayonunun kəndində yerləşən evlərinə gətirdi. Əmirin valideynləri məni mehriban qarşıladı. Həmin gün Əmirgildə bacısı ilə birlikdə gecələdim. Anam mənim Salyan rayonuna getməyimi bilmədiyindən bundan narahat olub və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək mənim evdən getməyimi, bir daha geri qayıtmamağım barədə məlumat verdiyindən səhəri günü Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Əmirlə əlaqə saxlayaraq mənimlə birlikdə idarəyə gəlməli olduğumuzu dedilər. Ona görə də səhəri günü Əmirlə birlikdə Xəzər Rayon Polis İdarəsinə getdim. 

Orada bizdən izahat alınandan sonra məni məhkəmə tibbi ekspertizasından keçirdilər. Üzərimdə heç bir xəsarət olmadığından, Əmirin mənimlə cinsi əlaqədə olmadığından, qızlıq bəkarətimi pozmadığından məni sonra anama təhvil verdilər. Əmirin anası mənim anama dedi ki, Əmir bizim gəlinimizdir, biz onu evimizə aparmaq istəyirik. Anam vəziyyəti belə gördü və mənim Əmirlə ailə qurmağıma razılıq verdi. Bundan sonra yenidən Əmirlə Salyan rayonuna qayıtdım”. 

Aygünün sözlərinə görə, 1 oktyabr 2022-ci ildə Əmirin yaşadığı Salyan rayonunun kəndində yerləşən evlərində onların toyu olub: 

“Lakin həmin vaxt 15 yaşım olduğundan nikahımızı rəsmiləşdirə bilmədik. Toy günü saat 23 radələrində Əmir mənimlə ilk dəfə yaşadığımız evdə cinsi əlaqədə olaraq qızlıq bəkarətimi pozdu. Ondan sonrakı 15 gün ərzində bir yerdə qalmaqla mütəmadi olaraq Əmir mənimlə cinsi əlaqədə oldu. Evlənəndən 15 gün sonra xəstələndim və başımda kəskin ağrılar yarandı. Bu səbəbdən tez-tez qıcolmalar keçirdim. Ona görə də Əmirdən icazə alaraq anamın yanına qayıtdım. Bundan sonra anamın yanında qalaraq təxminən 4 ay müalicə aldım. Əmir həmin vaxtlarda tez-tez zəng edərək mənimlə əlaqə saxladı. 4 ay keçəndən sonra isə məndən geri, rayona qayıtmağımı tələb etməyə başladı. Əmirə səhhətimin yaxşı olmadığını, buna görə bir az da anamın evində qalacağımı dedim. Bundan Əmir əsəbiləşərək telefonda üstümə qışqırdı. Bundan sonra aramızda sözlə mübahisə yarandı. 

Vəziyyəti belə gördüm və Əmirdən gələrək məni rayona aparmasını xahiş etdim. Lakin, Əmir rayona özümün gəlməli olduğumu bildirdi, mənimlə mübahisə etdi. Əsəbiləşdiyim üçün Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə zəng edərək Əmirlə birgə yaşadığımız dövrdə məni döyməsi, bıçaqla hədələməsi barədə məlumat verdim. Əslində heç vaxt belə şeylər olmayıb. Əmir məni döyməyib, bıçaqla məni öldürəcəyi ilə hədələməyib. Ondan yalnız evlərinə qayıtmağımı tələb edib. Əmir bu tələbini mənə çox əsəbi formada etdiyindən əsəbiləşmişəm və həmin vaxt onun barəsində 102 xidmətinə düzgün olmayan məlumat vermişəm”. 

Bu cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Əmirin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 1 il şərti cəza verilib.

Demokrat.az

14:20 - 20 Avqust 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin