Azərbaycanda unun topdansatış qiyməti son aylarla müqayisədə yenə aşağı düşüb.
Asayis.Az-ın məlumatına görə, avqustun 12-dən etibarən istehsalçılar unun qiymətini bir manatadək azaldıblar.
Ötən ayla müqayisədə unun topdansatış qiymətində 0,7-1,3 manat azalma müşahidə olunur.
Açıqlanan rəsmi məlumatda ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26,1 - 27,8 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 26,8-28,5 manat, iyun ayında isə 28,3-29,5 manat təşkil edirdi.
Ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC, ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM tərəfindən bazara təqdim olunur.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına əsasən, un istehsalçılarının hazırda topdansatış qiymətlərini təqdim edirik:
İqtisadiyyat.az