Şəmkirdən evdən qaçan 33 yaşlı qadın sığınacağa yerləşdirildi - FOTO

 Şəmkirdən evdən qaçan 33 yaşlı qadın sığınacağa yerləşdirildi - FOTO

Şəmkirdə itkin düşdükdən sonra Bakıda tapılan qadın ailəsinin yanına qayıtmaq istəməyib.  

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib. 

Onun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri 1989-cu il təvəllüdlü Asimə Məmmədovaya baş çəkiblər. 

“Qadınla söhbət aparılıb. O, nə ərinin, nə də valideynlərinin yanına qayıtmaq istəmədiyini deyib. Bundan sonra qadın Bakıdakı müvafiq sığınacağa yerləşdirilib”.

Qeyd edək ki, qadının üç uşağı var.

 


12:21 - 18 Avqust 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin