"Bizim dövr" qəzetinin və “Aktualinfo.az” saytının baş redaktoru Surxay Əliyev və onu müavini olmuş Hikmət Nəcəflinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Asayis.Az-ın məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası avqustun 15-nə təyin olunub.
Qeyd edək ki, Surxay Əliyev və Hikmət Nəcəfli Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib.
Onların barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə - Oktay Rza oğlu Abdullayev, İkram Tahir oğlu Təhləyev, Sevil Bayram qızı Məsimova, İradə Hüseyn qızı Hacınskaya, Məhərrəm Abasət oğlu Əsgərov, Vladim Məhəmməd oğlu İbrahimov, Elmira Zamanova, Zülfiyyə Seyid qızı Şirin, Mobil Qəhrəman oğlu Qəhrəmanov, Səyyarə Mərdan qızı Abbasova zərərçəkmiş qismində tanınıblar.
Qeyd edək ki, Surxay Əliyev və Hikmət Nəcəfli bundan əvvəldə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum olunublar.
Demokrat.az