Bərdədə qızdırmaya görə iynə vurduran 4 yaşlı uşaq ölüb.
Asayis.Az xəbər verir ki, hadisə ötən gün baş verib.
2020-ci il təvəllüdlü Bayramov Əli İsmayıl oğluna qızdırması olduğuna görə evdə iynə vurulub. Halı pisləşən azyaşlını xəstəxanaya çatdırıblar. Uşaq Bərdə RMX-nin acil şöbəsində göstərilən müdaxilələrə baxmayaraq, vəfat edib.
Faktla bağlı araşdırma aparılır.