Büdcə təşkilatları Gülşən Paşayeva üçün səfərbər edilib? - Xəzərin icra başçısı Elşən Salahova ittiham

 Büdcə təşkilatları Gülşən Paşayeva üçün səfərbər edilib? - Xəzərin icra başçısı Elşən Salahova ittiham

Xəzər rayonunda yerli qurumlar 13 saylı Xəzər ikinci seçki dairəsindən bitərəf namizəd olan Gülşən Paşayevanın təbliğat kampaniyasına yardım etməyə başlayıb.

Bu barədə həmin dairədən Ümid Partiyasının namizədi Şükür Cavadov bildirib.

Onun sözlərinə görə, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun tapşırığı əsasında Binə qəsəbəsində yerləşən qurumlar öz işçilərini məcbur şəkildə Gülşən Paşayeva ilə görüşə çağırıblar. Görüşdən imtina edənlər isə işdən çıxarılmaqla hədələnir.

Gülşən Paşayeva Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvüdür. (Reportyor.info)

14:19 - 13 Avqust 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin