Fikrət Doluxanov vəzifəsindən getdi

 Fikrət Doluxanov vəzifəsindən getdi

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Xəbərlər departamentinin direktoru Fikrət Doluxanov vəzifəsindən gedib.

Asayis.Az xəbər verir ki, o bu barədə "Facebook" hesabında yazıb.

"Bu kitabın yeni səhifələri artıq mənsiz yazılacaq və oxunulacaq. Mən isə yeni çağırışlar, yeni imkanlar, və yeni nailiyyətlərə doğru addımlamalıyam, çünki həyat - yoldur", deyə o bildirib.

Xatırladaq ki, F. Doluxanov bu vəzifəyə 2021-ci il yanvarın 6-da təyin olunmuşdu.

15:34 - 9 Avqust 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin