Ukraynalı əsir koloniyadakı dəhşətlərdən danışdı - "Yer üzündə cəhənnəm idi"

 Ukraynalı əsir koloniyadakı dəhşətlərdən danışdı -

Rusiyaya əsir düşən Ukrayna hərbçisi Maksim Şturmak yaşadığı dəhşətlərdən danışıb.

Asayis.Az
 xəbər verir ki, Maksim Şturmak bu barədə "Bild"ə açıqlama verib.

22 yaşlı Maksim Şturmak Lvov vilayətindəndir. Orada dəmir yolunda elektrik işləyib. Hələ 2021-ci ildə Ukrayna Milli Qvardiyasına yazılıb və 2022-ci ilin yazında Mariupolun müdafiəsinə qalxıb. O, mayın 17-də əsir götürülüb və doqquz ay orada qalıb. Əvvəlcə Elenovkadakı hərbi əsir düşərgəsində, sonra Kamışin şəhərindəki koloniyada yerləşib.

Maksim Şturmak bildirib Elenovkaya gedən yolda bir neçə saat onlara su verməyiblər:

"Çoxları tualetə getmək istəsə də, icazə verilmədi. Müharibə əsirləri birbaşa avtobusda "rahatlamalı" idilər. Səhər bizi kazarmaya aparıb yenidən axtarış apardılar. Bizi ayrı-ayrı kazarmalara saldılar, az qala çılpaq vəziyyətdə idik. Təkcə mənim kazarmamda təxminən 600 nəfər var idi, hər beş nəfərə cəmi iki döşək düşürdü. Oktyabr ayına qədər orada qaldım. Sonra Volqoqrad vilayətindəki Kamışin koloniyasına köçürüldüm. Elenovkadan pis yer olmadığını düşünürdüm, amma yanılmışam. Bu yer üzündə cəhənnəm idi. Yeməyimiz, suyumuz, istiliyimiz yox idi. Biz 60-dan çox məhbus idik. Onsuz da zəifləsək də, hərbi geyim tikməli, başqa fiziki işlər görməliydik. Ölümü arzulayırdım, amma anamdan qorxdum. Bizimlə birlikdə müxtəlif cinayətlərə görə məhkum olunanlar çox idi. Bəziləri bizim üçün yemək bişirirdi, yemək uğrunda şiddətli mübarizə gedirdi. Azadlığa çıxanda cəmi 50 kq çəkim var idi".

2023-cü ilin fevralında Maksim Şturmak hərbi əsirlərin mübadiləsindən sonra vətəninə qayıdın. O, yenidən Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub, lakin hələlik ön cəbhədə olmağa ruhən hazır deyil: 

"Lakin mən Ukraynanın qələbəsinə qəti inanıram".

13:21 - 9 Avqust 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin