Cəlilabadda qanlı dava - Qardaşını yabaladı, hamilə arvadını isə... - TƏFƏRRÜAT

 Cəlilabadda qanlı dava - Qardaşını yabaladı, hamilə arvadını isə... - TƏFƏRRÜAT

Cəlilabad rayonunda 1984-cü il təvəllüdlü Səftər Əliyev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı Şaiqə xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin mayın 24-də Cəlilabad rayonunun Edişə kəndində baş verib. Səftər kənddə yerləşən qardaşı Şaiqin yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində ona məxsus biçilmiş otu icazəsiz olaraq yığaraq aparması ilə bağlı irad tutub. 

Daha sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı təsərrüfat işlərini görmək məqsədi ilə əlində saxladığı yaba ilə Şaiqin baş və sol bud nahiyəsinə zərbələr vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Səftərin barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səftər ona elan olunmuş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə deyil, özünü Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilib. 

Səftər ifadəsində göstərib ki, Cəlilabad rayonunun Edişə kəndində ailəsi ilə birlikdə yaşayır və 3 azyaşlı uşağı var: “Fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəmin dolanışığını təmin edirəm. 23 may 2023-cü ildə, saat 13 radələrində yaşadığım evin yaxınlığında yerləşən mənə məxsus olan həyətyanı sahədə ot yığırdım. Azyaşlı qızım Mənsurə ot yığılmasında mənə köməklik edib. Yaşadığım evin həyətinə gedən yolu qardaşım Şaiq qazmışdı. Bunun nəticəsində yaşadığım evə gedən yol bağlanmışdı. Həmin vaxtı qardaşım Şaiq və arvadı Elvanə öz həyətyanı sahəsində ot yığırdılar. Şaiqin yanına gedərək yolun açılmağını istədiyimi dedim. Şaiq isə bildirdi ki, yolu açmayacaqdır”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra yaşadığı evə qayıdıb və evə daxil olub: “Lakin Mənsurə həyətyanı sahədə qalaraq ot yığmağa davam etdi. Yaşadığım evdə olan zaman qızım Mənsurənin qışqırıq səsini eşidərək dərhal çölə çıxdım. Qızımın qolundan Şaiq və Elvanənin tutaraq evlərinə aparmaq istədiklərini gördüm. Bundan sonra tez qardaşım Şaiqin yanına getdim. Ondan qızımı buraxmağını istədim. Şaiq qızımın qolunu buraxaraq məni təhqir etməyə başladı. Mənsurə oradan uzaqlaşaraq yaşadığımız evə getdi. Elvanə üzərimə gələrək əlində olan yaba ilə bir dəfə kürək nahiyəmdən vurdu. Şaiq üzərimə gələrək əlində saxladığı yaba ilə baş nahiyəmdən vurmaq istəyəndə sol əlim ilə onun yabasının sapı hissəsindən tutdum və Şaiqin yabasının sapı hissəsindən tutan zaman ikimiz də ayaqüstə tutaşdıq. Şaiqin əlində saxladığı yabanın arxa hissəsi bir dəfə Şaiqin öz başına sağ qaşının alın tərəfinə dəydi və qaşının alın tərəfi partlayaraq qanadı. Elvanə yaşadığı evə gedərək telefonu götürdü və həyətə çıxıb ucadan qışqırmağa başladı. Özüm isə oradan uzaqlaşaraq yaşadığım evə getdim. Münaqişə təxminən 5 dəqiqə davam etdi. Şaiqlə münaqişə etməzdən əvvəl onun əlində ot yığmaq üçün təzə yaba olub”.

İş üzrə zərərçəkmiş Şaiqin sözlərinə görə, qardaşı Səftər onu vurması ilə bağlı hadisə 2023-cü ilin may ayının ya 23-də, ya da 24-də olub: “Pay torpağı ayrılan zaman həm Səftərə, həm də mənə pay torpağı ayrıldı. Ayrılmış torpaq sahəsindən keçən yolun yarısı qardaşıma, yarısı da mənə məxsusdur. Qardaşım məndən 11 il balacadır, qardaşımın məni vuracağına inanmamışam. Ancaq hadisədir, baş verib. Qardaşım məni vuran zaman yanımızda heç kim olmayıb. Arvadım Elvanə də sonradan yanıma gəldi”.

Zərərçəkmiş bildirib ki, hadisə ot üstündə olub, həmin vaxtı hər ikisində yaba olub: “Arvadım Elvanə 1-ci Səftəri vurmayıb. Qardaşım məni vuranda Elvanə orada olmayıb. Elvanə sonradan yanıma gəldi.

Elvanə ilə hər ikimiz təklikdə ot yığmışıq. Elvanə aşağıda dərədə ot yığıb. Elvanə məndən təxminən 50-60 metr aralıda ot yığıb. Elvanə Səftər ilə aramızda mübahisəni eşidərək gəldi. Səftər yaba ilə başımdan vurdu, başqa yerimdə xəsarətim olmadı. Səftər məni yaba ilə vurandan sonra yerə yıxıldım. Sonra məni həkimə apardılar. Elvanə həkimə dedi, həkim də gəldi. Səftər məni vurandan sonra getdi. Sonra isə xəstəxanaya gəldim. Elvanənin hadisəni görüb-görmədiyini dəqiq bilməmişəm. Ancaq arvadım səsə gəldi. Səftər ilə barışmışam. Hadisə vaxtı Elvanə hamilə olub. Həmin günə kimi qardaşım ilə aramızda mübahisə olmayıb”.

Zərərçəkmiş Şaiq ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, Cəlilabad rayonunun Edişə kəndində ailəsi ilə birlikdə yaşayır və 3 azyaşlı uşağı var: “Hər hansı bir fəaliyyətlə məşğul olmuram. 2013-cü ildə qaçaq yolla İran dövlətindən qanunsuz sərhəddən keçməyə görə Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişəm. 2018-ci ildə isə həbsdən azad olunmuşam. 24 may 2023-cü ildə, saat 13 radələrində yaşadığı evin həyətində biçilmiş otları yığırdım. Həyətinin torpaq sahəsinin yarısını mən, yarısını da qardaşım Səftər əkib-becərib. Səftərin mənə məxsus torpaq sahəsində biçilmiş otları icazəsiz aparmasını gördüm. Ona yaxınlaşaraq biçilmiş otu aparmamasını, həmin otdan mənə də saxlamasını dedim. Səftər əlində saxladığı uzunluğu təxminən 2 metr olan yabanın arxa hissəsi ilə üç dəfə başımın sağ gicgah nahiyəsindən, iki dəfə başımın təpə nahiyəsindən və bir dəfə də sol ayağımın bud nahiyəsindən möhkəm zərbələr vurdu. Buna görə başımın təpə nahiyəsi və sağ gözümün qaş nahiyəsinin alın tərəfi zərbədən partlayıb qanadı. Səftər məni vurandan sonra əlində yaba ilə hamilə vəziyyətdə olan arvadım Elvanənin də üstünə getdi, döyməyə başladı. Bundan sonra huşumu itirərək yerə yıxıldım. Sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ayıldım və özümə gəldim. Həkimlərin mənə sistem köçürtdüyünü gördüm. Elvanə orada olanda qardaşım Səftərin bizi döyməsi barədə polisə məlumat verdiyini dedi. Sonra şöbədən polis əməkdaşları gələrək məndən döyülməyim barədə ərizə aldılar. Həmin günü xəsarət alan zaman çox qan itirdiyimi, buna görə xəstəxanada həkimlər tərəfindən mənə 470 qram qan köçürülməsini bildirdim. Xəstəxanada 7 gün qalmışam və müalicə aldıqdan sonra həkimlərin icazəsi ilə evə buraxıldım”. 

Zərərçəkmiş qeyd edib ki, 31 may 2023-cü ildə, saat 15 radələrində yaşadığı evdə yatdığı zaman Elvanə onu çağırıb və deyib ki, qardaşı Səftər yenə qoyunlarını taxıl sahəsinə salıb: “Həyətə çıxıb iki azyaşlı uşağımı taxıl sahəsinə qoyunları çıxartması üçün göndərdim. Bu zaman yenə qardaşım Səftər əlində mətbəx bıçağı ilə taxıl sahəsində təxminən 25 metr məsafədən iki azyaşlı uşağına sözlə hədələr gəldiyini bildirdi. Həmin vaxt Səftərə yaxın getmədim. Səftərdən niyə qoyunları əkin sahəsinə buraxmasını soruşdum. Bundan sonra evə gəldim və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək qardaşım Səftərin məni bıçaqla hədələməsi barədə məlumat verdim. Həmin gün polis əməkdaşları yaşadığım evə gəldi. Mən də bu barədə ərizə ilə müraciət etdim. Səftər və mənim ailə üzvlərim ilə aralarında heç bir ədavət və düşmənçilik olmayıb. Lakin pul borcu üstündə qardaşım Səftər və onun arvadı ilə həmin ilin yanvar ayında mübahisələrimiz yarandı. Hətta həmin ilin may ayının 5-də Bakı şəhərinə işlə bağlı gedən zaman yoldaşımın zəng ediərək qardaşım Səftərin bizim işıq xəttimizi kəsməsini bildirdi. Hadisə zamanı Səftərə xəsarət yetirməmişəm. Üzərimdə hər-hansı bir kəsici və deşici alətlər olmayıb. Lakin qardaşım Səftərin əlində köhnə yaba olub”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şaiq 3 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

14:10 - 8 Avqust 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin