Çox miqdarda metionin amin turşusu ehtiva edən qidaların zərərli olduğu üzə çıxıb.
Bu qidaların çətin müalicə olunan baş və boyun xərçənginə səbəb olduğu bildirilir.
Cənubi Kaliforniya Universitetinin alimləri amin turşusu metioninlə zəngin olan qidaların, həmçinin ağız və tənəffüs orqanları xərçənginin inkişafına səbəb ola biləcəyini sübuta yetiriblər.
Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.
Bildirilir ki, aerodiqestiv skuamöz hüceyrəli karsinoma hər il yarım milyondan çox insana təsir edən baş, boyun və tənəffüs yollarının ümumi, aqressiv bədxassəli şişidir. Bu xərçəng növü çox yayılmasına baxmayaraq, onun effektiv müalicə variantları azdır.
Alimlər aşkar ediblər ki, metionin digər xərçəng növləri ilə müqayisədə ağız xərçəngində yüksək konsentrasiyalarda mövcuddur.
Metionin insanların krevetka, yumurta və mal əti də daxil olmaqla, bır sıra qidalardan aldığı amin turşusudur.
Tədqiqat zamanı metionini hüceyrələrə daşıyan membran zülalı olan LAT1 daşıyıcısı bloklanıb və bu, şiş böyüməsinin yavaşlamasına səbəb olub.
Heyvanlarla aparılan təcrübələr göstərib ki, metioninin az olduğu pəhriz adi pəhrizlə müqayisədə şişlərin böyüməsini yarıya qədər azaldır.
Bu pəhriz effektiv ola bilər, çünki xərçəng hüceyrələri metionindən daha çox asılıdır, normal hüceyrələr isə onun çatışmazlığına daha az həssasdırlar.
Gələcək klinik sınaqlarda ağız xərçəngi olan xəstələr üçün aşağı metioninli pəhrizdən istifadənin effektivliyini araşdırılacaq.(Medicina.az)