Rövşən Məmmədov onu işdən çıxardı

 Rövşən Məmmədov onu işdən çıxardı

AzTV-nin sədr müavini Rüfət Həmzəyev vəzifəsindən azad edilib. Asayis.Az xəbər verir ki, AzTV-nin mətbuat katibi Rüfət Seyidov faktı Konkret.az-a təsdiqləyib.

O bildirib ki, Rüfət Həmzəyev artıq AzTV-də çalışmır. Saytın məlumatında o da qeyd edilib ki, Rüfət Həmzəyev ingilisdilli telekanala rəhbər təyin edilib.

Artıq Rüfət Həmzəyevin adı AzTV-nin saytında sədr müavini vəzifəsini bildirən məlumat hissəsindən çıxarılıb.

Qeyd edək ki, R.Həmzəyev bu vəzifəyə 2020-ci ilin fevralında təyinat almışdı.

17:05 - 31 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin