Azərbaycanda "369 yaşlı" kişiyə sürücülük vəsiqəsi verildi - FOTO

 Azərbaycanda

Azərbaycanda vətəndaşın doğum tarixi səhv yazılan sürücülük vəsiqəsi müzakirələrə səbəb olub. 
 

Bu barədə sosial şəbəkələrdə foto paylaşılıb. Belə ki, Şamaxı rayon sakini Balayev Nizaməddin Balası oğlunun doğum tarixi onun sürücülük vəsiqəsində 1653-cü il olaraq qeyd edilib. Bu isə sosial şəbəkədə paylaşılaraq, gülüş hədəfinə çevrilib. Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev lent.az-ın sorğusuna cavabında bununla bağlı araşdırma aparıldığını bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı vəsiqəni verən şöbə, səhvin hansı səbəbdən yaranması və s. aşkar ediləcək.

Qurum rəsmisi onu da qeyd edib ki, yalnız araşdırmanın nəticəsindən sonra məsələyə hüquqi qiymət verilərək, problem aradan qaldırılacaq.

21:16 - 15 Avqust 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin