DİN Qazaxda əməliyyat keçirdi:Saxlanılan var - FOTO

 DİN Qazaxda əməliyyat keçirdi:Saxlanılan var - FOTO

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən, Elviz Salmanov saxlanılıb. 

Asayis.Az xəbər verir ki,bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Bildirilib ki, rayon sakini Elviz Salmanovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirilmiş, ümumi çəkisi 6 kq 800 qram olan narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb. 

Bundan başqa E. Salmanovun yaşadığı evdən qurudulmuş marixuana, həşiş də aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

13:12 - 30 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin