Elçin Cəlilovun qızı atasından danışıb ağladı - VİDEO

 Elçin Cəlilovun qızı atasından danışıb ağladı - VİDEO

Mərhum müğənni Elçin Cəlilovun qızı Şəlalə Vəliyeva ilk dəfə efirə çıxıb. 

Asayis.Az Axşam.az-a istinadən xəbər verir ki, Şəlalə atasına həsr edilən “O üz” verilişində onun haqqında danışıb. O bildirib ki, atasını itirəndən sonra çox çətinliklər yaşayıb:

"Atamı 14 yaşımda itirdim, çox uşaq idim. Onun haqqında danışanda kövrəlirəm. Hər zaman yanımda olurdu, aparırdı, gətirirdi. Qəfil getməyi... Ailə həyatı quranda onun yanımda olmasını, xeyir-dua verməsini çox istəyərdim. 

Atam dünyasını dəyişən gündən gənc yaşlarıma kimi çox çətinliklərdən keçdim. Çox boşluqlar oldu. Özümü nə qədər toparlasam da... (ağlayır) Əzab-əziyyətlə böyümüşəm. Onun sənətə gətirdikləri də çox olub. Onun sənət aləmindən çox dostları olub, amma o dünyasını dəyişəndən sonra onlar bizi axtarmayıblar. Heç sənət dostlarından məzarı üstə gələnlər də olmayıb. Yaxşı ki, mən Elçin Cəlilovun övladıyam".

Qeyd edək ki, E.Cəlilov 2005-ci il mayın 10-da səhər vaxtı mənzilində ölü tapılmışdı. 37 yaşında vəfat edən müğənninin ölümünə səbəb kimi narkotikdən istifadə etməsi göstərilmişdi.  

 

16:40 - 22 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin