"Bu il intiharların sayı azalıb" - Baş prokuror

"İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb".

Asayis.Az
 xəbər verir ki, bunu Baş Prokurorluqda keçirilən geniş Kollegiya İclasında baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, 2024-cü ilin birinci yarımili ərzində intihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb:

"Aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir. 2024-cü ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrinin sayı 1.9%, intihara cəhd hadisələrin sayı isə 8.9% azalıb".

15:38 - 22 İyul 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin