Bakıda intiharı təbliğ edən köşklər fəaliyyətə başlayıb - FOTO

 Bakıda intiharı təbliğ edən köşklər fəaliyyətə başlayıb - FOTO

Bakıda sakinlərə intiharı təbliğ edən köşklər fəaliyyətə başlayıb.

Belə ki, paytaxtın Yasamal rayonunda vətəndaşları intihara təhrik edən kofe köşkləri qoyulub. Asayis.Az xəbər verir ki, köşklərdən biri əməkdaşlarımız tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qarşısında, Hüseyn Cavid parkı ilə üzbəüz görüntülənib. Köşkün üzərində intihara sürükləyən, ölümü təbliğ edən fikirlər yazılıb. Ola bilsin köşkü qoyanlar həmin sözlərin təhlükəli olduğunun fərqinə varmır, bəlkə də onların gözünü pul qazanmaq hərisliyi örtüb, amma bu açıq-aşkar intihar təbliğidir. Əməkdaşlarımızın çəkdiyi fotonu sizə təqdim edirik. 

11:33 - 22 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin