"Bakı şəhəri üzrə taksi fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə sürücülər təlimə cəlb edilir. Bu günədək 25 min sürücü təlimlərdə iştirak edib".
Asayis.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev məlumat verib.
A.Rzayev bildirib ki, 25 min sürücüdən 23 mini təlimlərdən sonra imtahanlardan uğurla keçib:
"Bu da onu göstərir ki, bütün sürücülər imtahandan keçə bilməyib".
Sədr əlavə edib ki, tezliklə "Koroğlu" metrostansiyası yaxınlığında yeni HUB açılacaq:
"Həmin ərazidəki köhnə HUB-dan avtobusların geridönüşü layihəsi də həyata keçirilib. Bu da gün ərzində 300 avtobusun Heydər Əliyev prospektinə daxil olmasının qarşısını alır və bu çox böyük rəqəmdir".