Bakının əsas prospektində hərəkətin təşkilində dəyişiklik edilir - VİDEO

 Bakının əsas prospektində hərəkətin təşkilində dəyişiklik edilir - VİDEO
Bakının 8 Noyabr prospekti ilə Zığ-Aeroport şosesinin kəsişməsinə yaxın, geriyə və Gəncə prospekti istiqamətinə dönmək üçün istifadə olunan yarımdairə ləğv edilir.

Xezerxeber.az-ın məlumatına görə, sürücülərin geriyə dönməsi üçün isə bu yarımdairənin yaxınlığında daha bir dairə var.

Sürücülərin əksəriyyəti bildiriblər ki, həmin ərazidəki nəqliyyat axınlarını bir-birindən ayıran yarımdairənin ləğvi şose istiqamətində və əksinə, nəqliyyat sıxlığına səbəb olacaq.

Bəzi sürücülər isə bunun əksini düşünürlər. Onlar bildiriblər ki, yarımdairənin ləğvi sürücülərin digər dairəyə daxil olması ilə nəticələnəcək. Bu isə sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi cəhətdən daha yaxşıdır.

Yaxın günlərdə bu istiqamətdə təmir işlərinin yekunlaşdırılması nəzərdə tutulub.

Ətraflı süjetdə:
 

 

10:07 - 18 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin