3-cü kurs tələbələrinin nəşləri ailələrinə təhvil verildi - Dostların ölüm xəbəri eyni vaxtda gəldi

 3-cü kurs tələbələrinin nəşləri ailələrinə təhvil verildi - Dostların ölüm xəbəri eyni vaxtda gəldi

İyulun 17-də ölüm xəbəri yayılan tələbə dənizdə boğularaq can veribmiş.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Bakı Mühəndislik Universitetinin III kurs tələbəsi olan Rəsul Nurməmmədli dostu, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) III kurs tələbəsi İmran Əli oğlu Cəbrayılovla birlikdə dənizə gedib.

Bir müddət sonra onların hər ikisi dənizdə boğulub.

Dostlar Nardaran qəsəbəsində nəzarətsiz ərazidə çimirlərmiş. Rəsul evin tək uşağı olub və Nardaranda yaşayırmış. Ailəsi də onun boğulduğundan axşam saatlarında xəbər tutub.

Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

17:13 - 17 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin