Bakıda piyada aləmi qatıb qaçdı - VİDEO

 Bakıda piyada aləmi qatıb qaçdı - VİDEO
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadalara xəbərdarlıq edib.

Bu barədə Asayis.Az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dəfələrlə xəbərdarlıq edilir, onların maariflənməsi məqsədilə tədbirlər görülür, ancaq təəssüflər olsun ki, bəzi piyadalar özlərinin və sürücülərin həyatını heçə sayıb qaydalara əməl etmirlər: "Növbəti belə bir hadisə bu gün səhər saatlarında Yasamal rayonu, Tbilisi prospektində (Respublika Diaqnostika Mərkəzinin qarşısında) baş verib. Yaxınlıqda yerüstü piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən keçən piyadanı avtomobilin sürücüsü son anda vurmaqdan yayınıb, lakin qəza törədib. Nəticədə həm nəqliyyat vasitəsinə ziyan dəyib, həm də yolda sıxlıq yaranıb."
 

 

 

19:00 - 16 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin