Bakıda bir ailənin 6 üzvü plovdan zəhərləndi

 Bakıda bir ailənin 6 üzvü plovdan zəhərləndi

Ötən gün Bakıda bir ailənin 6 üzvü zəhərlənib.

Hadisə Xəzər rayonunun “Binə sovxozu” adlanan ərazisində qeydə alınıb.

Ehtimallara görə, ailə üzvləri plovdan zəhərlənib. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı TƏBİB-dən Yeniavaz.com-a bildirib ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib:


“Daha sonra ailə ambulator müalicə üçün evə buraxılıb. Onların vəziyyətləri qənaətbəxşdir”.

16:37 - 13 Avqust 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin